İtaliyada yaşayış binası altında avtomobil saxlamağa görə 3 nəfər qətlə yetirilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Leççe şəhərində 56 yaşlı kişi avtomobillərini saxlamaq üstündə binanın altında qonşusu ilə mübahisə edib. Əsəbləşən kişi onların 3-nü də güllələyib.

Qatil polis tərəfindən saxlanılıb, araşdırma aparılır.