Türkiyənin Qaziantep bölgəsində faciə baş verib.

Publika.az xəbər verir ki, xına gecəsində bəy 8-ci mərtəbədən yıxılaraq həyatını itirib. Veli Kalkan adlı bəy iki gün əvvəl Ezgi Kalkanla nikaha girərək ailə qurub. Bu gün isə qohum-əqrəba xına gecəsinə yığılmalıydı. Balkonda müvzinətini itirən bəy 8-ci mərtəbədən yerə çırpılıb və həyatını itirib.

Xına gecəsinə gələn qohumlar isə hadisəni eşidincə şok keçiriblər.