Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 29-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 32 nəfəri şəxsən dinləyən nazir Ramil Usubov onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerində öz həllini tapıb.
Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, müraciətlərinə icra orqanlarının rəhbərləri tərəfindən göstərilən operativ münasibətə və həssas yanaşılmasına görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.