"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan ingilis dilini öyrənir.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Zidan "Real"dan ayrılandan sonra istirahət etməklə yanaşı, səylə ingilis dilini də öyrənir. Üstəlik, Zidan bu müddətdə xeyli təklif alsa da, onların hamısına "yox" cavabı verib.
İngiltərə mətbuatının yazdığına görə, Zidanın həm ingilis dilini öyrənməsinin, həm də gələn təklifləri qəbul etməməsinin bir səbəbi var: "Mançester Yunayted"də işləmək. O, "Mançester Yunayted"də Joze Mourinyonun postunu boşaldacağı günə qədər gözləyəcək.
Milli.Az