Bu yaxınlarda 10 aylıq sevgilisi Hande Erçellə ayrılan məşhur müğənni Murad Dalkılıç Melis Sezenlə görüşməyə başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Melis Sezen məşhur müğənni ilə birlikdə Ömər Canın rejissorluq etdiyi “Dünya Hali” filmində baş rola çəkilib. Ekran işi qış aylarında nümayiş olunacaq.

Aktrisanın sosial şəbəkədə tez-tez Murad Dalkılıçla fotolar paylaşması söz-söhbətə səbəb olub. İddiaya görə, Murad Dalkılıç film çəkilişləri ərzində Melislə yaxından maraqlanıb. Bundan qəzəblənən və qısqanclıq keçirən Hande Erçel Hande Erçel məşhur müğənnidən ayrılmağa qərar verib.

Qeyd edək ki, Melis Sezen Hande Erçellə eyni serialda, bacısı obrazında rol alıb.