Aşıq Samirə Əliyevanın ad günüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, övladları bu münasibətlə ona sürpriz hazırlayıb. Onlar sənətçinin yataq otağını bəzəyiblər.

Həmin an lentə alınan görüntünü Samirə İnstaqram səhifəsində paylaşıb. O, videoya "Yeganə saf sevgi övlad sevgisidir. Bir də yatağımı bəzəyiblər. Can balalrım... İllərnən pul yığın, hamısını da ananı xoşbəxt etmək üçün xərcləyin" sözlərini yazıb.

Qeyd edək ki, Samirənin bir qız, bir oğlan övladı var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Övladlarından Samirəyə ad günü sürprizi