İtaliya A Seriyasının 7-ci turunda səfərdə  "Empoli" ilə qarşılaşacaq "Milan" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "rossonyerlər"in əsas hücumçusu Qonsalo İquain ayağından zədələnib.

Bu gün tibbi müayinədən keçəcək argentinalı forvardın durumuna aydınlıq gələcək. Ancaq onun "Empoli"yə qarşı oyunda iştirak etməyəcəyi dəqiqdir.

Milli.Az