Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edib. IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib. BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat yayıb. İran Prezidenti Həsən Ruhani ABŞ-ın yürütdüyü siyasətlə özünü dünyadan təcrid etdiyini bildirib.

Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edib. Rusiya liderinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub. Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdirdilər.

Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.

Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib.

Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

"Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".

Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə 26 sentyabr tarixində Nyu-Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in sorğularına cavab olaraq bildirib.

BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat yayıb.

“Biz dünən Ermənistanın baş naziri tərəfindən ümumi müzakirədə edilmiş bəyanata cavab vermək üçün çıxış istədik.

İlkin təəssürat ondan ibarətdir ki, natiq özünün adlandırdığı “Məxməri inqilab”ın hələ də təsiri altındadır və populist, olduqca ziddiyyətli ritorikadan çıxış edərək BMT Baş Assambleyasını Gümrü və Yerevan küçələri ilə səhv salıb.

Azərbaycanın BMT-dəki nümayəndə heyətindən Paşinyana CAVAB