İki ilə yaxındır münasibətdə olan yazıçı Metin Hara və model Adriana Lima sosial şəbəkə hesablarından xoşbəxt münasibətləri ilə bağlı paylaşımlar edirlər.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, son zamanlarda işləri ilə əlaqədar olaraq bir araya gələ bilməyən cütlüyün münasibətlərinin pozulmasına dair xəbərlər yayılmağa başlayıb.
Adriana Lima öz “İnstagram” hesabında etdiyi paylaşım ilə hər şeyin yolunda olduğunu göstərib. Lima birlikdə olduqları bir fotonu “sevgili üçün darıxmaq və aramızdakı məsafələr ancaq sevgimizi gücləndirər” sözləri ilə paylaşıb.
