Almaniya II Bundesliqasında 7-ci turun oyunları keçirilib.
Milli.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Sandhauzen"lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Nazarov matçın 69-cu dəqiqəsində meydana daxil olub.
"Ersgebirge" 7 turdan sonra 7 xalla 14-cü pillədə qərarlaşıb.
Milli.Az