Venesuela Prezidenti Nikolas Maduro BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak məqsədilə Nyu Yorka gəlib.

Publika.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“Mən həqiqətləri qorumaq üçün xalqımın səsi, vətənimin ehtirası ilə gedirəm”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Maduro ilə görüşməyə hazır olduğunu bəyan etmişdi.