Əməkdar artist Cavanşir Məmmədov "Ulduzlu yayım" verilişinə öz adını qoyduğu nəvəsi ilə qatılıb.

Milli.z axşam.az-a istinadən xəbər verir ki, müğənni nəvəsinin nadinc olduğunu bildirib. C.Məmmədov deyib ki, bütün gününü nəvəsi ilə keçirir, onsuz qala bilmir.

Proqram zamanı balaca Cavanşir boks əlcəyi taxaraq babası ilə yarışıb. O, müğənnini vurmağa başlayıb. 

İfaçı daha sonra həyat yoldaşından söz açıb. O, xanımın son günlər xəstə olduğunu söyləyib:

"İndi bir az düzəlib. Anama bağlı idi. 38 il anamla bir yerdə yaşayıblar. Heç vaxt aralarında küsülülük olmayıb. Anamın dünyasını dəyişməsi ailəmizdə sarsıntı oldu. Yoldaşımd eyir ki, hər gün yuxuma girir".

Əməkdar artist Firuzə İbadova isə "Xalidə xanım anasını anasını tez itirib. Ondan sonra cavanşirin anasına qulluq etdi. O, dünyasını dəyişəndən sonra stres yaşadı. Deyirdi ki, anamı ikinci dəfə itirdim" sözlərini deyib.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Nəvəsi əməkdar artisti boks əlcəyi ilə