"Liverpul"un baş məşqçisi Yurqen Klopp İngiltərə Liqa kubokunda "Çelsi"yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, alman mütəxəssis "Çelsi"nin baş məşqçisi Mauritsio Sarriyə tərif yağdırıb. Klopp İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

"Qısa zaman içərisində, bu qədər tez sistem dəyişən baş məşqçi görməmişdim. Sarri sadəcə, möhtəşəmdir. O, "Napoli"ni çalışdırdığı vaxtdan onun azarkeşiyəm. Mövsümün əvvəlindən bu yana onun "Çelsi"yə təsirinə görə bilərsiz. Yaxşı komanda yaradıb və gözəl işlər görür".

"Liverpul" - "Çelsi" matçı bu gün, saat 22:45-də start götürəcək.

Milli.Az