ABŞ Yaxın Şərqdəki üç ölkədən “Patriot” raketlərini
önümüzdəki ay ərzində çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street
Journal” nəşri Pentaqondakı yüksəkvəzifəli mənbəyə istinadən
məlumat yayıb.
Nəşr yazır ki, İordaniya, Küveyt və Bəhreyndəki “Patriot”lar
çıxarılacaq.
“Küveytdə iki, digər ölkələrin hər birində isə bir “Patriot” var.
Bu ölkələrdən çıxarılacaq raketlərin hara yerləşdiriləcəyi hələlik
açıqlanmır. ABŞ Yaxın Şərq və Əfqanıstandan tədricən çıxır”, - deyə
nəşr yazıb.
Hərbi mənbə Vaşinqtonun Çin və Rusiya ilə qarşıdurmaya daha çox
diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.
Asif