İtaliya millisinin keçmiş üzvü Cüzeppe Rossi futboldan uzaqlaşdırıla bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun dopinqdən istifadə etməsi olub. Bu barədə İtaliyanın Antidopinq Agentliyi məlumat yayıb. Xəbərdə ötən mövsüm "Cenoa" forması geyinən 31 yaşlı futbolçudan A Seriyasının sonuncu turunda - "Benevento" - "Cenoa" matçından sonra alınan dopinq testlərinin müsbət çıxdığı bildirilib.

1 iyuldan etibarən azad agent statusu daşıyan Rossinin bir il futboldan uzaqlaşdırılacağı gözlənilir.

Karyerası ərzində "Nyukasl", "Mançester Yunayted", "Vilyarreal", " Fiorentina", "Cenoa" kimi klubların şərəfini qoruyan forvard, 29 dəfə də İtaliya millisində forma geyinib.

Milli.Az