AFFA "Sumqayıt"ın məşqçisi Anton Dioçenko aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə mütəxəssisi 10 oyun cəzalandırıb, kluba isə 8000 manat cərimə edib.

Milli.Az xəbər verir ki, futbol11.az-a açıqlama verən "gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı Nazim Süleymanov Apellyasiya şikayəti edəcəklərini deyib:

"Məşqçimiz adam öldürüb ki? Orada iki futbolçu yerdə qalmışdı, bu səbəbdən hakimə etiraz etdi. Bəli, razıyam, hakimə toxunmaq olmaz, Anton düz etmədi. Amma insan həyatı vacibdi. Sertan Taşkının başına 8 tikiş qoyulub, bizim hücumçu Atilla isə 2 gündür ki, özünə gələ bilmir, halsızdı. Üstəlik, 8 min manat da cərimə. Yəni insan həyatı bu qədər lazımsız oldu? O dörd hakim hara baxırdı bəs? Əlbəttə, biz şikayət edəcəyik".

Milli.Az