Bu gün İntizam Komitəsinin iclası baş tutub.
Milli.Az xəbər verir ki, Topaz Premyer Liqasının V turunun "Zirə" - "Neftçi" matçının 45-ci dəqiqəsində "Zirə" və "Neftçi" klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki məşqçi 1 oyun cəzalanır, klublar 800 manat cərimə olunur.
Mətbuat konfransında "Zirə" klubunun baş məşqçisi Samir Abasova 4-cü hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.
Topaz Premyer Liqasının V turunun "Qarabağ" - "Qəbələ" matçının 90+2-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırılıb. Bu səbəbdən Təmkin 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
Milli.Az