UEFA Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı intizam işi açıb.

Publika.az xəbər verir ki, araşdırma Çempionlar Liqasının I turunda evdə Rusiya MOİK-i ilə matçda baş verən hadisələrlə bağlı aparılacaq.

Həmin qarşılaşmada Çexiya təmsilçisinin azarkeşləri meydana plastik butulka və digər əşyalar atmaqda ittiham olunurlar.

Qeyd edək ki, "Viktoriya" - MOİK matçı 2:2 hesabı ilə yekunlaşıb.