Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Farer adalarına qarşı keçirəcəyi səfər oyununun biletləri satışa çıxarılıb.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, oktyabrın 11-də Torshavnda keçiriləcək bu matça biletlərin qiyməti sektorlardan asılı olaraq 150-200 farer kronu aralığındadı. Bu isə təxminən 40-54 AZN təşkil edir.
Xatırladaq ki, "Torsvollur" stadionunda baş tutacaq Farer adaları - Azərbaycan oyununa Bakı vaxtilə saat 22:45-də start veriləcək.
Milli.Az