Əməkdar artist Məlahət Abbasova "Bizimləsən" verilişini tənqid edib.
Milli.Az sia-ya istinadən xəbər verir ki, aktrisa verilişin xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə reytinq qazanmağa çalışmasının düzgün olmadığını bildirib:
"Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stressə soxmaq lazım deyil. Yaşadığı hər stress ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stressə salmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır".
Milli.Az