"Keşlə"nin futbolçusu Sərtan Taşkının durumuna aydınlıq gəlib.  

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqasının V turunda "Sumqayıt"la oyunun son dəqiqələrində rəqibin futbolçusu Atilla Yıldırrımla toqquşma zamanı başından xəsarət alan oyunçunun vəziyyəti qənaətbəxşdir. Belə ki, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan müdafiəçi bir neçə saat evə buraxılıb. 

Xoşbəxtlikdən 21 yaşlılardan ibarət milli komandamızın futbolçusunun beynində silkələnmə aşkarlanmayıb. Onun başına 8 tikiş qoyulub. 

Qeyd edək ki, qarşılaşma "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az