Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, həftənin üçüncü matçında "Keşlə" "Sumqayıt"ın qonağı olub. Qarşılaşmada hesabı 44-cü dəqiqədə Slavik Alxasovun qolu ilə meydan sahibləri açsa da, qonaqlar fasilədən sonra 47 və 67-ci dəqiqələrdə vurduqları qollarla qələbə qazanıblar. Sumqayıt təmsilçisinin heyətində Cavid Tağıyevlə Əfran İsmayılov fərqlənib.
Bu qələbə sayəsində xalını 7-yə çatdıran "Sumqayıt" "Qarabağ" və "Səbail" ilə birgə 3-5-ci yerləri bölüşür. "Keşlə" isə 1 xalla 7-ci pillədədir.
Qeyd edək ki, ilk oyun günündə lider "Neftçi" autsayder "Zirə"ni səfərdə 2:1 hesabı ilə yenib. "Səbail" - "Sabah" matçında isə qalib müəyyənləşməyib - 0:0.