Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Aue təmsilçisi səfərdə "Duysburq"la qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Duysburq" - "Erzgebirge" - 1:2
Qollar: Volze, 42-pen (1:0), Testroet, 49-pen (1:1), Kseviç, 84 (1:2)
D.Nazarov bu matçda iştirak etməyib. Onun adı 18-liyə salınmayıb.
Milli.Az