Futzal üzrə Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.

AFFA-dan Milli.Az-a verilən məlumata görə, komandamız Bakı İdman Sarayında Qazaxıstan seçməsini qəbul edib. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Xətai Bağırov fərqlənib.

Qonaqların qollarını isə B. Orazov, Ç. Esenamanov və İgita vurublar.

Xatırladaq ki, futbol üzrə Azərbaycan yığması da bu ilin iyun ayında Qazaxıstan millisinə səfərdə məğlub olub. Bircə fərqlə - futbolçularımız futzalçılarımızdan fərqli olaraq heç bir qolu da vura bilmədi və 0:3 hesabı ilə uduzdular. 

Milli.Az