Ukraynanın "Arsenal" klubunun baş məşqçisi Fabritsio Ravanelli istefa verib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis Ukrayna çempionatında "Olimpik"ə 1:3 hesabıyla məğlub olduqdan sonra baş məşqçi postunu tərk edib. Bu barədə klubun rəsmi saytı məlumat verib.

Ravanelli iyun ayının 22-də "Arsenal"ın "sükanı arxasına" keçmişdi. Futbolçu karyerası ərzində "Yuventus", "Marsel", "Midlsbro" kimi klubların şərəfini qoruyan Ravanelli, İtaliya millisinin də formasını geyinib.

Milli.Az