BATE klubunun (Belarus) İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında vəfat edib.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kapskinin ölümünün səbəbi xərçəng xəstəliyi olub.

Kapski 1996-cı ildə BATE-nin yaradılmasının təşəbbüskarlarından olub.

Borisov təmsilçisi 14 dəfə Belarus çempionu olub, 3 dəfə ölkə kubokuna sahib çıxıb.

BATE bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Bakıda 1:0 hesablı qələbə qazanan Borisov komandası öz meydanında heç-heçə edib - 1:1. Nəticədə "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.