Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" səfərdə "Mariupol"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.
Paşayev bu görüşün iştirakçısı olmayıb. UEFA Millətlər Liqası çərçivəsində keçirilmiş Malta - Azərbaycan oyununda ağır zədə alan Pavel ehtiyatda qalıb.
Qeyd edək ki, "Aleksandriya" 16 xalla 2-ci pillədə qərarlaşıb.
Milli.Az