Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sportinq"lə səfər oyununda zədə alan "Qarabağ"ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib.  

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, Ağdam klubunun vitse-kapitanı ötən gün axşam saatlarında tibbi müayinədən keçib. Müayinədən sonra millimizin üzvünün zədəsinin ciddi olmadığı üzə çıxıb. O, 3 gündən sonra məşqlərə başlaya biləcək.

Medvedev Topaz Premyer Liqasının V turunda "Qəbələ" ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.  

Qeyd edək ki, Maksim "Sportinq"lə qarşılaşmanın 62-ci dəqiqəsində dizindən xəsarət alaraq oyunu davam etdirə bilməyib və Abbas Hüseynovla əvəzlənib. 

Milli.Az