Azərbaycan cüdoçusu Rüstəm Orucov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

73 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı ilk görüşündə misirli Məhəmməd Mohyeldinə qalib gəlib. O, 1/2 final görüşündə 1 dəqiqə 22 saniyəyə ipponla qələbə qazanıb. Avropa çempionunun 1/16 finalda rəqibi Viktor Mrovçinski (Polşa) - Viktor Skvortsov (BƏƏ) cütünün qalibi olacaq.

Bu çəkidəki azərbaycanlı digər cüdoçu Hidayət Heydərov isə 1/32 finalda iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.

***

Azərbaycanın qadın cüdoçusu İçinxorlu Munxtsedev Bakıda davam edən dünya çempionatında mübarizəni erkən dayandırıb.

57 kq çəki dərəcəsindəki idmançı 1/32 finala təsadüf edən ilk görüşündəcə almaniyalı Amelie Stolla ipponla uduzub.

Az sonra kişilər arasında 73 kq çəki dərəcəsində yer alan azərbaycanlı Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizəyə qoşulacaq.