Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir.
Teleqraf.com xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, baş nazir Dağlıq Qarabağ münaqişəsi ilə
yanaşı, bir çox siyasi məsələləri bilmir:
“Paşinyan hansı mövqedə dayanacağından məlumatsızdır. Uzun zaman
Qarabağla bağlı gedən danışıqlarda iştirak etmişəm. Dəqiq bilirəm
ki, müzakirə müharibədən daha yaxşıdır. Məsələ poza verməkdə, yaxud
populist şüarlar səsləndirməkdə deyil, əsas problem məsuliyyətin
dərk edilməsindədir. Lakin o bunu dərk etmir.
İstənilən diqqətsizlik baha başa gələ bilər. Amma populizmlə
prinsipial müzakirələrə getmək mümkünsüzdür”.