Potuqaliyanın "Sportinq" klubunun əsas qol silahı Bas Dost AVropa Liqasında qrup mərhələsinin ilk turunda "Qarabağ"a qarşı oynamayacaq.
Milli.Az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb.
Bildirilir ki, zədəli olan bombardirin meydana çıxmayacağı dəqiqləşib. Zədəsini yenicə sağaldan Luiş Naninin oynayıb-oynamayacağı hələ bilinmir.
Qeyd edək ki, "Sportinq" - "Qarabağ" matçı sabah keçiriləcək.
Milli.Az