Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
təmas xəttində gələn Ermənistanın baş naziri Nikol Paşinyan
müharibəyə hazır olduqlarını bildirib.
Publika.az xəbər verir ki, Paşinyan cəbhədə vəziyyətə
nəzarət etdiklərini iddia edib.
“Bizim ordumuz vəziyyətə nəzarət edir, lakin bu, bizim müharibə
istədiyimiz demək deyil. Biz sülhə hazırıq, həmçinin, müharibəyə də
hazırıq”, - deyə Paşinyan bildirib.
Asif