Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ramin Quliyevin komandası Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş 7:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Qeyd edək ki, komandamız bu rəqiblə sentyabrın 20-də də üz-üzə gələcək.
Milli.Az