56 yaşlı əməkar artist Mətanət İsgəndərli sevmək istəyir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "ATV maqazin onlarla"ya açıqlamasında deyib. O bildirib ki, yaş artıqca özünü tənha hiss edir:

"Eşqsiz insan necə yaşaya bilər? Sevmək gözəl hisdir. İstəmirəm dərinliyə gedim, Allah nə yazıbsa, o olacaq. Oğlum Kərim məni öldürür ki, ana, sevgidən danışma. 
 

İnsana birdən darıxmaq gəlir... İstəyirsən sənin nazını çəkən, qayğına qalan biri olsun. Yaşa dolduqca ömür-gün yoldaşına ehtiyacın olur".

Milli.Az