"Beşiktaş"ın portuqaliyalı futbolçusu Rikardo Kuarejma həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 34 yaşlı vinger ölkəsində "Alifa Definiçao" adlı televiziya verilişində qonaq olub. Futbolçu yaşadığı çətinliklərdən bəhs edib:

• Təbiətcə hər zaman şübhəci insanam. Mənim üçün ailə çox vacibdir. Bir də oynadığım klublar. "Portu" hər zaman sevəcəyim və hörmət edəcəyim klubdur. Lakin Portuqaliyada mənə layiq olduğum hörməti və dəyəri göstərmədilər.

• Meydanda və məktəbdə hədəf hər zaman mən olurdum. Bir dəfə məktəbdə bir uşaq itmişdi. Bəzi uşaqlar "ancaq sən edə bilərsən" demişdilər. Gənc olarkən, mənim istedadlı olduğumu deyərdilər, amma eyni zamanda, hansısa uğura çata bilməyəcəyimi də deyərdilər. Belə sözlər hər zaman mənə güc verirdi.

• 2012-ci ildə hücuma məruz qaldım, 3 silah mənə yönəlmişdi. O an təkcə qorxuma deyil, özümə də nəzarət etməliydim. Tərs bir hərəkət etsəydim, bu gün yaşamırdım. Həmin an ölümdən döndüm.

Milli.Az