"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil qışda komandanı tərk edə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Almaniya millisinin sabiq üzvü "Mançester Yunayted"in hədəfindədir. Hazırda seçim qarşısında qalan oyunçu ya özünü sübut edib London klubunda oynamağa layiq olduğunu göstərməli, ya da başqa komandaya keçməlidir.
Mətbuatın yazdığına görə "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo Özili komandasında görmək istəyir. Unay Emerinin gəlişindən sonra komandada ikinci plana düşən 29 yaşlı yarımmüdafiəçi ilə "Fənerbağça" da yaxından maraqlanır.
Milli.Az