Yay fasiləsində "Real"dan "Yuventus"a keçən Kriştianu Ronaldu Turin klubunda qol hesabını açıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu A Seriyasının 4-cü turunda hazırda "Sassuolo" ilə keçirilən görüşdə dubl edib. O, 50 və 65-ci dəqiqələrində rəqib qapısına yol tapıb.
Qeyd edək ki,33 yaşlı futbolçu geridə qaln 3 turda qol vurmadığı üçün tənqid edilirdi.
Milli.Az