Rusiyanın Tomsk bölgəsinin hüquq-mühafizə orqanlarında qaçaqmalçılıqda şübhəli bilinən yerli iş adamına qarşı cinayət işi başlanılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Həmin iş adamı saxta sənədlərlə Azərbaycan və Özbəkistana 10 min kubmetr həcmində taxta-şalban göndərmək istəyib. Qaçaqmalın ümumi dəyərinin 40 milyon rubl (təxminən bir milyon manat) olduğu bildirilib.
Faktla bağlı araşdırmalar başlanılıb. Əməli sübuta yetirilərsə, həmin şəxsi yeddi ilədək həbs cəzası gözləyir.
Milli.Az