Yuri Xaçaturov yaxın günlərdə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunu tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti öz
mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, KTMT-yə üzv ölkələrin hamısı Ermənistanın
Xaçaturovla bağlı müraciətinə müsbət cavab veriblər.
“Mümkündür ki, Ermənistanın bu posta yeni namizəd irəli sürməyinə
icazə verilməyəcək. Böyük ehtimalla, təşkilatın baş katibi Belarus
nümayəndəsi olacaq. Çünki əlifba sırasına görə ikinci ölkə
Belarusdur. Xaçaturovun Moskvada qalacağı və Ermənistana
qayıtmayacağı deyilir”, - deyə qəzet yazıb.
Asif