Çində naməlum şəxs avtomobilini kütlənin üzərinə sürüb.

Publika.az TASS-a istinadən xəbər verir ki, hadisə Hunan əyalətindəki Henyan şəhərində qeydə alınıb.

Nəticədə 3 nəfər ölüb, 43 nəfər xəsarət alıb.

Hadisəni törədən sürücü saxlanlıb. Onun hadisəni hansı səbəbdən törətdiyi hələlik məlum deyil.