Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ prezidenti
Donald Trampla görüşmək ümidləri puça çıxıb.
Publika.az xəbər verir ki, Ermənistan hakimiyyəti
Paşinyanın Trampla sentyabrda görüşəcəyini planlaşdırırdı.
Lakin Paşinyanın Rusiyaya səfərindən sonra Vaşinqton bu görüşdən
imtina edib.
“Qraparak” qəzeti yazır ki, Paşinyanın Rusiyaya səfəri ABŞ-da
təəccüblə qarşılanıb: “Xüsusilə Suriyaya “humanitar missiyanı”nın
göndərilməsi və ABŞ laboratoriyalarına rusların girişinin təmin
edilməsi məsələsindən sonra Vaşinqton görüşdən imtina edib. Əldə
etdiyimiz məlumata görə, Vaşinqton Ermənistan tərəfinə Trampla
Paşinyanın görüşünün olmayacağını bildirib”.
Asif