Hollandiyalı mütəxəssis Dik Advokatın yeni iş yeri məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis məşqçi karyerasını ölkəsində davam etdirəcək. O, Erediviziya təmsilçisi "Utrext"lə anlaşıb. Hollandiyalı məşqçi 16 sentyabrda "Emmen"lə keçiriləcək oyundan sonra yeni vəzifəsinin icrasına başlayacaq.

Məşqçi karyerası ərzində PSV, "Ragers", "Zenit", "Borussiya" (Münhenqladbax), "Fənərbağça" kimi klublarda çalışmış Advokat, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ, Hollandiya kimi millilərin də "sükanı arxasında" olub. O, son olaraq Hollandiyanın "Sparta" klubunda baş məşqçi kimi çalışıb.

Milli.Az