Hollandiya millisi və "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqun müştəriləri artır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona"dan sonra indi də "Real" 21 yaşlı futbolçu ilə yaxından maraqlanır. "Kral klubu"nun istedadlı oyunçu üçün Hollandiya klubuna 55 milyon avro ödəməyə hazır olduğu iddia olunur.

Qeyd edək ki, bir müddət öncə "Barselona"nın de Yonqdan imtina etdiyi bildirilsə də, futbolçu özü məhz Kataloniya klubunda oynamaq istəyir.

Milli.Az