21 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, zədəli olduğu üçün Renat Dadaşov komandadan ayrılıb.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da İsrail yığmasına qarşı keçirilmiş oyunda zədələnən futbolçunun müayinəsinin nəticəsinə əsasən sentyabrın 11-də Norveç komandasına qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub.

Milli.Az