Tacikistanda mollalar məsciddə toplanmış nəzir pullarını
Leninin heykəlinin düzəldilməsinə istifadə ediblər.
Publika.az xəbər verir ki, Şaruz şəhərində Leninin heykəli
iki il öncə naməlum şəxslər tərəfindən aşırılıb.
Şəhər bələdiyyəsinin nümayəndəsi Mehriniso Rajabova bildirib ki,
heykəlin restavrasiya edilməsi təklifi mollalardan gəlib.
“Mollalar topladıqları pullarla heykəli düzəltdilər, həmçinin,
heykəlin qoyulduğu parkı da səliqəyə saldılar”, - deyə bələdiyyə
nümayəndəsi bildirib.
Adının açıqlanmadığı mollalardan biri heykəlin restavrasiya
edilməsi üçün hər məsciddən 100 dollar topladıqlarını
açıqlayıb.
Mollaların müsəlmanların ianələri ilə ateizmi təbliğ edən Leninə
heykəl qoyması birmənalı qarşılanmayıb.
Asif