Sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir
Putinlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan “Kommersant”
nəşrinə müsahibəsində görüşlə bağlı danışıb.
Publika.az xəbər verir ki, Paşinyan görüşün uğurlu
keçdiyini bildirib və iki ölkə arasında heç bir problemin
olmadığını iddia edib.
Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesindən danışıb və danışıqların dayanmasına görə Azərbaycanı
ittiham edib.
Paşinyan Qarabağ ətrafındakı 7 rayonun qaytarılması ilə bağlı suala
cavabında deyib: “Qarabağın (qondarma DQR rejimi - red.)
“konstitusiyası var və konstitusiyaya görə, bu rayonlar Qarabağa
məxsusdur”.
Paşinyan həmçinin, Qarabağın da danışıqlarda iştirak etməsini
yenidən gündəmə gətirib və beləliklə, Azərbaycana münaqişənin hərbi
yolla həllindən başqa çıxış yolun qoymayıb.
Asif