Bəşər Əsəd rejimi və Rusiyaya aid döyüş təyyarələri bu
gün Suriya müxalifətinin nəzarətindəki İdlib şəhərinə yenidən
hücuma keçib.
Publika.az xəbər verir ki, Əsəd rejimi “çəllək bombası”
(kustar üsulla düzəldilmiş bombalar: içinə partlayıcı maddələrin
yığıldığı çəllək) və top atəşi ilə İdlibin cənubu və Hamanın
şimalındakı Huveyn, Latamne, Serce və Han Şeyhun bölgələrini
bombalamağa başlayıb.
Rusiya və Əsəd rejiminə bağlı döyüş təyyarələrinin hücum etdiyi
İdlibin cənubundakı Abdin qəsəbəsində ən azı 5 mülki vətəndaş
həyatını itirib, 10 nəfər yaralanıb.
Yerli mənbələr hazırda hücumların davam etdiyini bildirirlər.
Maraqlıdır ki, dünən Tehranda keçirilən Türkiyə, Rusiya və İran
liderlərinin zirvə görüşündə Ərdoğan İdlibdə mülki vətəndaşları
qorumaq üçün atəşkəs təklifi irəli sürmüşdü. Rusiya prezidenti
Vladimir Putin də Ərdoğanın bu təklifini dəstəkləmişdi. Lakin zirvə
toplantısından bir gün sonra Rusiya təyyarələrinin Əsəd rejimi ilə
birlikdə İdlibə hücuma keçməsi proseslərin pərdəarxasında qaranlıq
məsələlərdən xəbər verir.
Asif