İran ordusu Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı
Ərbili raket atəşinə tutub.
Publika.az xəbər verir ki, Ərbilin Koysancak qəsəbəsində
İraq-Kürdistan Demokratik Partiyasının (İKDP) düşərgəsinə atılan
raket nəticəsində 9 nəfər ölüb, partiya liderlərindən Mustafa
Mevludinin də aralarında olduğu 30 nəfər yaralanıb.
İKDP hücumun edildiyini, ölü və yaralıların olduğunu təsdiqləyib.
Partiyanın iddiasına görə, hücum İrana aid pilotsuz təyyarələr
tərəfindən edilib.
İran tərəfindən məsələyə ilə bağlı hələlik heç bir açıqlama
verilməyib.
Qeyd edək ki, anti-İran mövqeyindən çıxış edən İKDP 1996-cı ildən
etibarən Ərbil şəhərindəki düşərgələrdə fəaliyyət göstərir. Həmin
tarixdən indiyə kimi İran ilk dəfə İKPD-yə bu qədər böyük zərbə
endirib.
İran İnqilabı Keşişçiləri Korpusunun dünən yaydığı açıqlamada isə
ölkənin qərbində Kürdistan əyalətinə bağlı Merivan bölgəsində
Terror təşkilatı PJAK-a (PKK-nın İran qanadı) qarşı əməliyyatın
başladığı deyilir. Əməliyyatda 6 terrorçunun öldürüldüyü də qeyd
olunur.
Asif