Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia milliyə çağırılmayan Lionel Messi haqqında açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, federasiya rəhbəri Messinin indi milliyə çağırılmasının vaxtı olmadığını deyib:

"Düşünmürəm ki, Messi millidən geri çəkilib. Onun çağırılmaması texniki heyətin qərarıdır. Onların bu fikrinə hörmət edirik. İndi Messinin milliyə çağırılmasının vaxtı deyil. DÇ-2018-də onun üzərinə çox məsuliyyət düşürdü. Uğursuzluğun səbəbini onda görə bilməzsiz. İndi bir az zamana ehtiyacı var. O, dünyanın ən yaxşı futbolçusudur".

Argentina millisi DÇ-2018-də mübarizəni 1/8 final mərhələsində dayandırmışdı.

"Barselona"nın 31 yaşlı forvardı Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və yeni baş məşqçi Lionel Skalonidən bir il milli komandaya çağırılmamasını istəmişdi.

Milli.Az