Əməkdar artist, "Bu şəhərdə" komandasının üzvü Rafael İsgəndərovun yeni doğulan nəvəsi ilə şəkli ortaya çıxıb.

Milli.Az Sia-ya istinadən bildirir ki, sözügedən fotonu aktyorun qızı "İnstagram" səhifəsində paylaşıb. O, şəklə "Babasının balası" sözlərini yazıb.

Əməkdar artistin qızının bu paylaşımı izləyicilərinin ürəyincə olub. Sosial şəbəkə istifadəçiləri R.İsgəndərovun və nəvəsinin ünvanına xoş sözlər yazıblar.

Milli.Az